RU

Türkiyədə restoranı gülləbəran edən azərbaycanlı maskalılar TUTULDU

ain.az xəbər verir, Lent az saytına əsaslanaraq.

Türkiyədə azərbaycanlılar restorana atəş açıblar.

Lent.az-ın yerli mediaya istinadla məlumatına görə, hadisə Mərmərə şəhərinin Təpə məhəlləsində qeydə alınıb.

Maskalı iki şəxs axşam saatlarında restorana silahlı hücum edərək obyekti gülləbəran ediblər. Salondakı insanlar qorunmaq üçün yerə uzanıblar. Obyektə isə ciddi ziyan dəyib.

Hadisə ilə bağlı əraziyə çoxlu sayda polis əməkdaşları cəlb olunub və bölgənin polis şöbəsinin rəisi də cinayət yerinə gəlib. Araşdırma zamanı hadisəni törədənlərin azərbaycanlı E.C. və A.K. olduqları üzə çıxıb.

Onlar cinayət zamanı istifadə etdikləri silah və geyimlərlə birgə saxlanılıblar. Hazırda araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
33
9
lent.az

10Источники