İrana qarşı hərbi əməliyyatların başlanğıcında ABŞ ilk dəfə olaraq PrSM qısa mənzilli ballistik raketindən istifadə edib və cənubdakı Lamar şəhərindəki bir idman zalı və bir məktəbi vurub.
Redaktor.az xəbər verir ki, bu barədə "The New York Times" qəzeti hərbi ekspertlərə və hücum yerindən götürülmüş görüntülərin təhlilinə istinadən yazıb.
Qəzetin Lamardada baş verən iki hücumun video görüntülərini, eləcə də hücumlardan sonrakı görüntüləri nəzərdən keçirdiyi bildirilir.
Silah mütəxəssisləri silahın xüsusiyyətlərinin, partlayışların və dağıntıların "Precision Strike Missile" və ya "PrSM" adlanan qısa mənzilli ballistik raketlə uyğun olduğunu müəyyən ediblər.
Aminə ŞAHSUVARQIZI