RU

“Biz yox, Rusiya təslim olsun!” “Türkiyədə görüşməyə hazırıq”

Azpolitika.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Top artıq həm ABŞ, həm də Rusiyanın meydançasındadır. Bu formatı davam etdirdiyinə görə Amerikaya çox minnətdaram. Ümid edirəm yaxın həftələrdə bu fürsəti əldə edəcəyik. Düşünmürəm ki, çıxılmaz vəziyyətdəyik. Təslim olmaq, rahatlamaq? Rusiya təslim olsun, biz təslim olmayacağıq". 

“AzPolitika” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski keçirdiyi onlayn brifinqdə deyib.

O Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün təşkil edilməsi üçün mümkün olan hər şeyi etməyin vacibliyini vurğulayıb.

“Danışıqlar masasında güclü olmaq üçün döyüş meydanında güclü olmalıyıq. Silahlı Qüvvələrə minnətdaram. Bu gün, doğrusu, son altı ayda olduğundan daha güclüyük. Buna görə də çox minnətdaram, afərin”, - deyə Zelenski qeyd edib.

“Görüşməyə hazırıq və mən bunu dəfələrlə demişəm - Rusiya və Belarus istisna olmaqla, istənilən formatda, istənilən yerdə. Üçtərəfli görüş keçirilməlidir. Əlbəttə ki, bu, təxirə salınır, çünki ABŞ hazırda İrana diqqət yetirir. Bu başa düşüləndir, amma buna baxmayaraq, mən həqiqətən də Rusiyanın Ukraynaya qarşı müharibəsini heç kimin unutmamasını istəyirəm”, - deyə prezident qeyd edib.

Onun sözlərinə görə, ABŞ-nin bir çox nümayəndəsi bu məsələni daim qaldırır və bu, Ukrayna üçün vacibdir: “Üçtərəfli görüş hər iki tərəf, Rusiya və Amerika bizimlə görüşə biləcəyi zaman keçiriləcək. Bunu niyə deyirəm? Çünki Amerika ABŞ-də görüşməyi təklif etdi. Biz bunu dəstəklədik. Mən sadəcə olaraq hər kəsə bütün prosesi xatırladıram. Rusiya dedi: “Amerikada görüşməyəcək”. Rusiya Türkiyə və ya İsveçrəni təklif etdi. Biz ABŞ-ni dəstəkləməyə, İsveçrədə, Türkiyədə və tərəfdaşlarımızın hazır olduğu hər yerdə görüş keçirməyə hazırıq”.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
37
azpolitika.info

1Источники