RU

Hörmüz boğazı pullu olacaq?


İran parlamentinin (Məclis) tezliklə qəbul edəcəyi yeni qanuna əsasən, Hörmüz boğazından keçən gəmilər rüsum ödəməli olacaq.
Yeniavaz.com
SNN telekanalına istinadla xəbər verir ki, bu barədə Məclisin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Əlaəddin Burucerdi məlumat verib.
“Biz Hörmüz boğazı üzərində tam nəzarətə malikik. Tezliklə, Məclis tərəfindən qanun layihəsinin qəbul edilməsi ilə bu su yolunda yeni bir sistem hakim olacaq. Gəmilər üçün təhlükəsizlik və xidmətlər qanun layihəsində nəzərdə tutulan ödənişlər hesabına təmin ediləcək”, - Məclis üzvü bildirib.
Избранный
20
yeniavaz.com

1Источники