RU

Bakı Ələt yolundan istifadə edən sürücülərə şad xəbər

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Bakı–Ələt yolunda yaranan çuxurların sürücülər üçün çətinliklər yaradıb. Yolun müxtəlif hissələrində yaranmış nasazlıqlar nəticəsində sürücülər maddi ziyanla üzləşib və təhlükəli vəziyyətə düşüblər. Mövcud vəziyyətlə əlaqədar yolun tikintisi və istismarına cavabdeh olan qurum Azərbaycan Avtomobil yolları Dövlət Agentliyinin mətbuat xidmətindən Demokrat.az-ın soğrusuna cavab olaraq bildirilib ki, qeyd olunan ərazidə yağan güclü yağışlardan sonra çuxurlar əmələ gəlib:"Mövcud vəziyyətin aradan qaldırılması üçün artıq əraziyə xüsusi texnika və aidiyyəti əməkdaşlar cəlb olunub. Hazırda yaranmış problemin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülüb. Qısa müddət ərzində ərazidə işlər tamamlanaraq təhlükəsiz hərəkət təmin olunub" - deyə qurumdan bildirilib.Qeyd edək ki, son iki gün ərzində Bakıya və Abşeron yarımadasına, eləcə də rayonlarımıza rekord yağışlar yağıb. Yağıntının miqdarı normadan 6 dəfə çox olub. Rəsmi açıqlamada bildirilir ki, sonuncu dəfə Bakı belə yağışı 1988-ci ildə görmüşdüƏfsanə Kamal

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
28
demokrat.az

1Источники