Suriya Prezidenti Əhməd əş-Şara Almaniyaya rəsmi səfərə gedib.
NOCOMMENT.az xəbər verir ki, səfər çərçivəsində o, Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə görüş keçirib.
Görüş zamanı tərəflər iki ölkə arasında münasibətlərin perspektivlərini və regionda baş verən prosesləri müzakirə ediblər. Danışıqlarda Yaxın Şərqdə sabitliyin təmin olunmasının əhəmiyyəti xüsusi vurğulanıb.
Frank-Valter Ştaynmayer Almaniyanın Suriyada sabitliyin gücləndirilməsi, ölkənin bərpası və islahat prosesinə dəstək verməyə hazır olduğunu bildirib.
Suriya Prezidentinin səfər proqramına Almaniya kansleri Fridrix Merz ilə görüş də daxildir.
Turan
NOCOMMENT.az