RU

Millimiz Malta ilə heç-heçə etdi

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundunda bu gün son oyununa çıxıb.

İdmanxeber.az xəbər verir ki, Aqil Nəbiyevin çalışdırdığı komanda B liqasının 2-ci qrupunda Malta millisi ilə qarşılaşıb.

Bolqarıstanın Plovdiv şəhərindəki “Nikola Şterev – Starika İdman Kompleksi”ndə keçirilən matç 2:2 hesabı ilə yekunlaşıb.  Yığmamızın heyətində ilk qolu 57-ci dəqiqədə Əli Bəşirov vurub, 72-ci dəqiqədə isə rəqibin oyunçusu avtoqola imza atıb.

Bununla millimiz qrupu 3 xalla üçüncü pillədə tamamlayıb.

Избранный
1
3
idmanxeber.az

10Источники