RU

Azərbaycanın U-17 millisi sonuncu oyununda da heç-heçə etdi

style='margin-bottom:10px;'>

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundunda bu gün son oyununa çıxıb.

QOL.az xəbər verir ki, Aqil Nəbiyevin çalışdırdığı komanda B liqasının 2-ci qrupunda Malta millisi ilə qarşılaşıb.

Bolqarıstanın Plovdiv şəhərindəki “Nikola Şterev - Starika İdman Kompleksi”ndə keçirilən matç 2:2 hesabı ilə yekunlaşıb.  Yığmamızın heyətində ilk qolu 57-ci dəqiqədə Əli Bəşirov vurub, 72-ci dəqiqədə isə rəqibin oyunçusu avtoqola imza atıb.

Bununla millimiz qrupu 3 xalla üçüncü pillədə tamamlayıb.

Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl Bolqarıstan (1:1) və Litva millisi ilə (0:0)  heç-heçə edib. Yığma hazırda 2 xalla 4 komanda arasında 3-cü yerdədir. Xalı olmayan Malta isə sonuncudur.

30 mart

14:00. Azərbaycan  – Malta - 2:2

Qollar: Bəşirov, 57, Debono, 72-avtoqol - Roe, 2, Zammit, 51
Baş hakim: Trpçevski Stoyanço (Şimali Makedoniya)
Plovdiv, Nikola Şterev - Starika İdman Kompleksi

Избранный
1
2
teleqraf.com

10Источники