RU

İstanbulda polisləri daşıyan avtobus qəza törədib - 30 nəfər yaralı var

İstanbulun qərbində 30 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. SİA xəbər verir ki, bu barədə Türkiyə KİV-i İstanbul vilayəti merinin ofisi məlumat yayıb.

"Polisləri daşıyan avtobus Başakşehir rayonunda Şimali Marmara magistral yolunda maneəyə çırpılıb. Qəza nəticəsində 30 nəfər xəsarət alıb, onlardan dördünün vəziyyəti ağırdır", - məlumatda deyilir. Xəbərdə deyilir ki, yaralılar xəstəxanaya yerləşdiriliblər.

Mətləb

Избранный
19
sia.az

1Источники