Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) martın 30-da Yunanıstanın Kipoi çıxış nöqtəsindən 367 milyon 848 min 997 kVt/saat həcmində sifariş alıb.
Bu, ötən həftənin bazar ertəsinə olan sifariş göstəriciləri ilə müqayisədə 0,81 % azdır.
Kipoi çıxış nöqtəsindən martın 31-dən aprelin 5-dək hər gün üçün 367 milyon 848 min 997 kVt/saat həcmində sifariş alınıb. Bu göstərici 24, 25, 27 və 29 mart tarixlərinə olan sifariş göstəriciləri ilə müqayisədə dəyişməyib, martın 26-na nisbətən isə 0,83 % azalıb.
Yunanıstanın Komotini çıxış nöqtəsindən martın 30-dan aprelin 5-dək hər gün üçün 28 milyon 674,418 min kVt/saat həcmində sifariş alınıb. Bu, martın 28-nə olan sifariş (artım 4,35 %) istisna olmaqla əvvəlki həftənin sifariş həcmi ilə müqayisədə eynidir.
Yunanıstanın Nea Mesimvria çıxış nöqtəsindən martın 30-dan aprelin 5-dək hər gün üçün 30 milyon 346 min 301 kVt/saat həcmində sifariş alınıb. Bu, martın 28-nə olan sifariş (+4,35 %) istisna olmaqla əvvəlki həftənin sifariş həcmi ilə müqayisədə eynidir.
İtaliyanın Melenduqno çıxış nöqtəsindən qazın tədarükü üçün martın 30-dan aprelin 5-dək 304 milyon 828,278 min kVt/saat həcmində sifariş qəbul edilib. Bu, 23, 24 və 29 mart tarixlərinə olan sifariş göstəricisinə uyğundur.
Bu çıxış nöqtəsindən 25, 26 və 27 mart tarixlərinə olan göstəricilərlə ilə müqayisədə sifariş həcmi müvafiq olaraq 0,78 %, 0,16 % və 2,13 % azalıb, martın 28-nə olan göstəriciyə nisbətən isə sifarişin həcmi 4,35 % artıb.
Report
Bizi sosial şəbəkələrdən izləyin!!