
İsrail prokurorluğu 23 yaşlı Əli Caberə qarşı ittiham aktı irəli sürüb. O, İran kəşfiyyatı ilə əlaqəli xarici agentlə əlaqə saxlamaqda və bu ölkəyə faydalı ola biləcək məlumatlar ötürməkdə ittiham olunur.
Məlumatı The Jerusalem Post yayıb.
İttihama görə, Caber 2026-cı ilin yanvarında Telegram vasitəsilə naməlum istifadəçi ilə əlaqə qurub və ona 80 dollar qarşılığında tapşırıq təklif edilib. İlk tapşırıq Eylat şəhərində mərkəzi avtovağzal yaxınlığındakı dairəvi yol qovşağının fotosunu çəkmək olub.
Bundan əlavə, o, İsrailin cənubunda yerləşən Ovda aviabazası, “Dəmir Qübbə” hava hücumundan müdafiə sisteminin yerləşdiyi məntəqələr və hərbi kazarmaların da şəkillərini çəkməkdə ittiham edilir.
Prokurorlar bildiriblər ki, təqsiri sübuta yetiriləcəyi halda, təqsirləndirilən şəxs barəsində həbs cəzası tələb olunacaq.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта