RU

Azərbaycanın Türkiyədən avtomobil sənayesi məhsullarının idxalına çəkdiyi xərci açıqlanıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Türkiyədən 11,524 milyon ABŞ dolları dəyərində avtomobil sənayesi məhsulları idxal edib.

“İki sahil” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 10,1 % azdır.

Təkcə fevralda Türkiyə Azərbaycana 6,929 milyon ABŞ dolları dəyərində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 6,8 % azdır.

Türkiyənin avtomobil sənayesi məhsulları ixracının ümumi dəyəri 2 ayda ötən ilin eyni dövrü ilə müqayisədə 10,6 % artaraq 6 milyard 604 milyon ABŞ dollarına, fevralda isə 19,1 % artaraq 3,544 milyard ABŞ dollarına çatıb.

Türkiyədən ən çox bu məhsulların idxalını Almaniya 1 milyard 033,855 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 11,1 % çox), Fransa 770 milyon ABŞ dolları (+19,7 %) və İtaliya 605,866 milyon ABŞ dolları (+23,8 %) dəyərində həyata keçirib.

Избранный
4
2
ikisahil.az

10Источники