Apa.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Zaqatalada ağır yol qəzası baş verib, bir nəfər ölüb, 5 nəfər xəsarət alıb.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, Zaqatala-Muğanlı yolunda, Aşağı Tala kəndi ərazisində Elvin Qurbanovun idarə etdiyi “VAZ-21011" markalı avtomobillə "Mercedes-C 200" markalı maşın toqquşub.
Qəza nəticəsində "VAZ 21011"də olan sərnişin 54 yaşlı Ülfət Qurbanov hadisə yerində ölüb. Ülfət Qurbanovun meyiti yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılıb.
Qəzada xəsarət alan Elvin Qurbanov, onun avtomobilində olan sərnişin Səməndər Qurbanlı, "Mercedes"in sürücüsü və onun 2 sərnişini müxtəlif dərəcəli xəsarətlərlə Zaqatala xəstəxanasına yerləşdirliblər.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.
***
17.10
Zaqatalada ölümlə nəticələnən yol qəzası baş verib.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə Zaqatala-Muğanlı avtomobil yolunda, Aşağı Tala kəndi ərazisində qeydə alınıb. İlkin məlumata görə, “VAZ-21011" və "Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb, bir neçə nəfər isə xəsarət alıb.
Hadisə yerinə rayon Polis Şöbəsinin əmkdaşları və xilasedicilər cəlb olunub.
Yanğınsöndürən-xilasedicilər tərəfindən 1973-cü il təvəllüdlü Rüfət Qurbanovun meyiti avtomobildən çıxarılıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.