RU

İrandan Türkiyəyə atılan raket havada vuruldu

İrandan buraxıldığı müəyyən edilən bir ballistik raket Türkiyə hava məkanında zərərsizləşdirilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyənin hava məkanına daxil olan həmin raket NATO-nun hava hücumundan müdafiə və raketdən müdafiə bölmələri tərəfindən Şərqi Aralıq dənizində məhv edilib.

Nazirliyin bəyanatında qeyd edilir ki, Türkiyə öz hava məkanına və ərazisinə yönələn hər cür təhdidə qarşı lazımi tədbirləri qətiyyətlə görür.


Telegram kanalımız
Избранный
17
5
yenisabah.az

6Источники