RU

"İran Ukraynanı Tehrana qarşı təcavüzün iştirakçısı hesab edir"

İran Ukraynanın PUA-lara qarşı mütəxəssislərinin ərəb ölkələrinə yerləşdirilməsi fonunda Ukraynanı ABŞ və İsrailin Tehrana qarşı təcavüzünün iştirakçısı hesab edir.

Olaylar.az xəbər verir ki, bunu İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani BMT-nin Baş katibi Antonio Quterreşə və BMT Təhlükəsizlik Şurasına ünvanladığı məktubda bildirib.

Qeyd edilib ki, bölgəyə yüzlərlə mütəxəssisin göndərilməsi Amerika Birləşmiş Ştatları və İsrail rejiminin rəhbərliyi ilə İrana qarşı davam edən qanunsuz hərbi təcavüzə maddi və əməliyyat dəstəyi kimi qiymətləndirilir.

Qeyd edək ki, bir müddət öncə Zelenski 228 Ukrayna PUA-larına qarşı mütəxəssisinin Qətər, BƏƏ və Səudiyyə Ərəbistanında yerləşdirildiyini, Küveyt və İordaniya ilə də bu istiqamətdə işlərin aparıldığını açıqlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
26
olaylar.az

1Источники