RU

Səfirliyin nümayəndəsi: Enerji sahəsi Ankara ilə Bakı arasında strateji əməkdaşlığın prioritet istiqamətlərindən biri olaraq qalır

Martın 30-da Ankara Ticarət Palatasında “Azərbaycan-Türkiyə: Enerji sahəsində əməkdaşlıq imkanları” panel müzakirələri keçirilib.

“İki sahil” xəbər verir ki, Ankara Ticarət Palatasında Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (TADİV) və Türkiyə Enerji Strategiyaları və Siyasətləri Araşdırma Mərkəzi (TESPAM) tərəfindən birgə təşkil edilən tədbirdə dövlət rəsmiləri, diplomatlar, sahibkarlar və ekspertlər iştirak ediblər.

Azərbaycanın Türkiyədəki səfirliyinin birinci katibi İslam Quliyev iki ölkə arasında əməkdaşlığın hazırkı vəziyyətini və perspektivlərini təhlil etməyə yönəlmiş tədbirlərin əhəmiyyətini qeyd edib. Onun sözlərinə görə, enerji sahəsi Ankara ilə Bakı arasında strateji əməkdaşlığın prioritet istiqamətlərindən biri olaraq qalır. “İki qardaş ölkə arasında çoxsaylı birgə layihələr regionun iqtisadi inteqrasiyasına və inkişafına, eləcə də beynəlxalq enerji təhlükəsizliyinə əhəmiyyətli töhfələr verməkdə davam edir”, - deyə nazir İğdır-Naxçıvan qaz kəmərinin istifadəyə verilməsini və Suriyaya qaz tədarükünün başlanmasını Azərbaycan ilə Türkiyə arasında uğurlu əməkdaşlığın son nümunələri kimi qeyd edib.

Diplomat Türkiyə ilə Azərbaycan arasında enerji forumlarının keçirilməsini xatırladaraq, COP29 sammitinin nəticələri və qarşıdan gələn COP31 gündəliyi kontekstində Bakı ilə Ankaranın yaşıl enerjiyə yanaşmalarının oxşar olduğunu vurğulayıb.

Tədbir TADİV-in rəhbəri, professor Aygün Attarın moderatorluğu ilə panel müzakirələri ilə davam edib.

O, İran ətrafındakı gərginlik də daxil olmaqla, müasir çağırışlar fonunda Türkiyə ilə Azərbaycan arasında sıx əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Türkiyə Ticarət Palatalar və Ticarət Birjalar Birliyinin Kredit Zəmanət Fondunun rəhbəri Ərdoğan Özegen, Ankara Ticarət Palatasının İdarə Heyətinin üzvü Selçuk Akat, Türkiyə-Azərbaycan Biznes Əməkdaşlıq Şurasının sədri Bülent Atasever və TESPAM-ın rəhbəri Oğuzxan Akyener iki qardaş ölkə arasında enerji sektorunda əməkdaşlıq perspektivləri ilə bağlı fikirlərini bölüşüblər.

Onlar SOCAR-ın Türkiyənin inkişafına verdiyi töhfəni vurğulayıblar. Həmçinin türk investorlarına bərpaolunan enerji və yaşıl hidrogen də daxil olmaqla, Azərbaycan iqtisadiyyatının perspektivli sahələrində daha fəal iştirak etməyə çağırış səsləndirilib.

Zəngəzur dəhlizinin regionda rifahın yeni hərəkətverici qüvvəsi kimi rolu qeyd olunub, ölkəmizin ixrac potensialı və Türkiyə-Azərbaycan birgə layihələrinin üçüncü ölkələrdə reallaşması imkanları diqqətə çatdırılıb.

Panel müzakirələrin iştirakçıları Ankara və Bakının beynəlxalq enerji sistemində bir-birini tamamlayan aktorlar olduğunu xüsusi vurğulayıblar.

Избранный
14
1
ikisahil.az

2Источники