
ABŞ-ın dövlət katibi Marko Rubio martın 30-da Gürcüstanın baş naziri İrakli Kobaxidze ilə telefon danışığı aparıb.
ABŞ Dövlət Departamenti tərəfindən verilən məlumata görə, tərəflər qarşılıqlı maraq doğuran məsələləri, o cümlədən Qafqaz və Qara dəniz regionlarında təhlükəsizlik vəziyyətini müzakirə ediblər.
İrakli Kobaxidze danışığı məhsuldar adlandıraraq bildirib ki, tərəflər ABŞ-Gürcüstan tərəfdaşlığının yenidən fəallaşdırılmasının vacibliyini vurğulayıblar. O qeyd edib ki, Gürcüstanın Cənubi Qafqazda güclü tərəfdaş kimi rolunun artırılması əsas prioritetlərdən biridir.
Baş nazir həmçinin Gürcüstan-ABŞ əlaqələrinin möhkəmləndirilməsi, regional sabitliyin və əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində qətiyyətli olduqlarını ifadə edib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта