Avropa İttifaqı (Aİ) Şurası İrana qarşı məhdudlaşdırıcı tədbirlərin müddətini 13 aprel 2027-ci ilədək uzadılması barədə qərar qəbul edib.
Bu tədbirlərə fiziki və hüquqi şəxslərin girişinə qadağa və aktivlərinin dondurulması, repressiyalar, telekommunikasiyaların monitorinqi üçün istifadə oluna biləcək avadanlıqların İrana ixracına qadağa daxildir.
Həmçinin Aİ vətəndaşlarına və şirkətlərinə siyahıya daxil edilmiş şəxs və təşkilatlara vəsait təqdim etmək qadağan olunur.