RU

Sumqayıtda ana və azyaşlı qızını maşın vurdu

Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib.


Manset.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov küçəsində qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən 1990-cı il təvəllüdlü Natəvan Sofiyeva və onun 2022-ci il təvəllüdlü qızı M.T-nı avtomobil vurub.

Qəza nəticəsində ana və azyaşlı müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar dərhal təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.


Избранный
19
12
manset.az

10Источники