RU

İran dünyaya elan etdi: Hörmüzdən keçid bizim əlimizdədir

İran rəsmisi Əl Cəzirə telekanalına müsahibəsində bildirib ki, artıq heç bir gəmi Hörmüz boğazı vasitəsilə İranın razılığı olmadan keçə bilmir.

Musavat.com xəbər verir ki, rəsminin sözlərinə görə, boğazdan keçən bütün gəmilər ciddi nəzarətə götürülür, onların sənədləri detallı şəkildə yoxlanılır və yalnız bundan sonra hərəkətə icazə verilir.

Bu yanaşmanın təhlükəsizlik məqsədi daşıdığı və regionda sabitliyin qorunmasına xidmət etdiyi iddia olunur. Bununla belə, bəyanat artıq beynəlxalq enerji bazarlarında narahatlıq yaradıb.

Qeyd olunur ki, Hörmüz boğazı dünya üzrə neft və qaz daşımalarının əsas marşrutlarından biridir və burada tətbiq edilən hər hansı məhdudiyyət qlobal iqtisadiyyata ciddi təsir göstərə bilər.

 

Musavat.com

Избранный
16
1
musavat.com

10Источники