RU

Zelenski maaşını və gəlirlərini açıqladı

Oxu.az saytına istinadən ain.az xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenski 2025-ci il üzrə gəlirləri haqqında məlumatı açıqlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə "RBC-Ukrayna" prezidentin bəyannaməsinə istinadən məlumat yayıb.

Bəyannaməyə əsasən, prezidentin və ailə üzvlərinin ümumi gəliri 15 milyon 805 min 828 qrivna (təxminən 360 min dollar) təşkil edib. Sənədə görə, Zelenskinin ailəsinin 2025-ci ildəki gəlirləri əsasən əməkhaqqı, bank faizləri və şəxsi daşınmaz əmlakın icarəyə verilməsindən formalaşıb. Ümumilikdə prezident və ailəsi il ərzində 7 milyon 440 min 907 qrivna (təxminən 169 505 dollar) məbləğində gəlir əldə edib.

Ukrayna dövlət başçısının illik maaşı 336 min qrivna (təxminən 7 655 dollar) təşkil edib. Beləliklə, o, aylıq 28 min qrivna (təxminən 638 dollar) maaş alıb.

Xatırladaq ki, 2024-cü il üzrə bəyannaməyə əsasən, Zelenskinin ailəsinin gəliri 15.2 milyon qrivnadan çox (təxminən 346 260 dollar) olub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
53
5
oxu.az

6Источники