RU

Ağ Ev: İran danışıqlarda ABŞ-ın bəzi tələblərini qəbul edib

Ağ Evin sözçüsü Karoline Leavitt İranla aparılan danışıqların davam etdiyini və prosesin müsbət irəlilədiyini açıqlayıb.

Leavitt bildirib ki, ictimaiyyətə verilən açıqlamalar ilə ABŞ-a xüsusi kanallarla ötürülən mesajlar fərqli ola bilər və İranın qapalı danışıqlatda irəli sürdüyü bütün mövzular diqqətlə izlənəcək və yoxlanılacaq.

Müharibənin maliyyətinə də toxunan Leavitt qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp müharibənin maliyyələşdirilməsinə dəstək verilməsi üçün ərəb ölkələrinə çağırış edə bilər.

Hörmüz boğazı ilə bağlı danışan Ağ Evin sözçüsü vurğulayıb ki, ABŞ İranın boğazdan keçən gəmilərdən ödəniş almasına qarşıdır. O, yaxın günlərdə təxminən 20 neft tankerinin boğazdan keçməsinin gözlənildiyini bildirib.

Leavitt həmçinin İranla davam edən müharibənin müddəti ilə bağlı daha əvvəl səsləndirilən 4–6 həftəlik proqnozun qüvvədə qaldığını qeyd edib.

Digər tərəfdən, Leavitt İranın ABŞ-ın bəzi tələblərini danışıqlarda qəbul etdiyini bildirərək, diplomatik təmasların davam etdiyini vurğulayıb.

Bundan əlavə, o qeyd edib ki, Trampın Çinə səfəri öncəsi kabinet üzvlərinin də Çinə getməsi gözlənilir.

Избранный
34
1
marja.az

2Источники