RU

Tramp mayda Çinə səfər edə bilməyəcək səbəb İrandakı gərginlikdir Ekspert

ain.az, Bizimyol saytına istinadən bildirir.

ABŞ prezidenti Donald Trampın may ayında Pekinə səfər etmək ehtimalı azdır, çünki İrana qarşı davam edən hərbi əməliyyatlar səfərin gerçəkləşməsinə mane ola bilər.

Bizimyol.info xəbər verir ki, bu fikri mətbuata Çin Xalq Universitetinin professoru Cin Canjun bildirib.

“Tramp əvvəlcə martın 31-də gələcəyini və aprelin 2-də qayıdacağını açıqlamışdı. Daha sonra isə İrana qarşı müharibə səbəbi ilə səfəri təxirə saldığını bildirdi. Son məlumatlara görə, o, mayın 14-15-də səfər etməyi planlaşdırır, amma mən şəxsi fikrimcə, bunun ehtimalı çox azdır, çünki həmin vaxt İranda vəziyyət çox gərgin olacaq və o, səfəri reallaşdıra bilməyəcək”, - deyə professor qeyd edib.

Ekspert əlavə edib ki, Çin prinsip etibarilə Trampı qarşılamaya çox meylli deyil. “ABŞ və İsrailin İrana qarşı hücumlarını nəzərə alsaq, onu qəbul etmək bizim üçün münasib deyil. Çin artıq bəyan edib ki, İsrail və ABŞ-ın İranla müharibəsi qanunsuzdur”, - deyə o vurğulayıb.

Cin Canjun qeyd edib ki, Tramp iki dəfə Çinə səfər edəcəyini açıqlasa da, Çin Xarici İşlər Nazirliyi bu planları təsdiqləməyib. “Buna görə də düşünürəm ki, mayda onun səfəri baş tutmaya bilər”, – deyə ekspert əlavə edib.

Əvvəllər Ağ Ev mətbuat katibi Kerolayn Livitt brifinqdə bildirib ki, ABŞ administrasiyasının rəhbəri mayın 14-15-də Çin prezidenti Si Cinpinq ilə Pekində görüşəcək. Daha sonra Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Cian bildirib ki, Pekin və Vaşinqton Trampın Çinə səfəri ilə bağlı əlaqələri davam etdirirlər.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
34
31
bizimyol.info

10Источники