RU

Aydın Bayramov: “Rəqib söyüş söydü”

sport24.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Çox çətin oyun oldu". Sport24.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin qapıçısı Aydın Bayramov deyib.Qolkiper "FIFA Series – 2026" beynəlxalq turnirində Syerra Leone yığmasına penaltilər seriyasında qalib gəldikləri matçla bağlı fikirlərini bölüşüb:"Yaxşı komandaya qarşı oynadıq. Uğursuz qol buraxdıq. Məncə, orafa qayda pozuntusu var idi. VAR-ın olmamağı təsirini göstərdi. Sonadək döyüşdük. Hesabı bərabərləşdirdik. Penaltilər seriyasında qalib olduq".Bayramov penaltilər seriyasına hazırlaşdıqlarını söyləyib:"Kimin hansı istiqamətə vura biləcəyinə baxmışdıq. Matç bitəndən sonra mübahisə yaşandı. Orada mənlik bir şey yox idi. Sadəcə, sakitləşdirməyə gedirdim. Rəqib ingiliscə pis söz işlətdi. Mən də dedim ki, niyə söyüş söyürsən? Qeyri-adi heç nə yox idi".Onun sözlərinə görə qələbə qazanmaq həmişə gözəldir:"Bunu milli komanda ilə etmək, kuboka sahib çıxmaq əla hisslərdir. Hissləri sözlə ifadə etmək çətindir. Növbəti toplanışa dəvət gözləyirəmmi? Bu, məşqçilər heyətinin qərarıdır. Hər toplanışa ayrı hazırlaşırıq. Bizi UEFA Millətlər Liqası matçları gözləyir. Bu turnirə hazırıq. Bizim millini D Liqasına yaraşdırmıram. Yaxşı çıxış etməli və C Liqasına qayıtmalıyıq".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
16
1
sport24.az

2Источники