RU

DÇ 2026 nın pley off finalları Türkiyə bu gün meydana çıxır

ain.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Bu gün Dünya Çempionatı-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin pley-off  finalları keçiriləcək.

Modern.az xəbər verir ki, bu qarşılaşmalardan sonra mundiala vəsiqə qazanacaq daha 4 milli komanda məlum olacaq.

Azərbaycanlı futbol azarkeşlərinin diqqəti Türkiyə millisinə yönələcək, ay-ulduzlu komanda səfərdə Kosovo ilə qarşılaşacaq.Oyunların hamısı Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

31 mart

DÇ-2026, pley-off mərhələsinin final oyunları

22:45. Bosniya və Herseqovina  – İtaliya 

22:45. İsveç – Polşa

22:45. Kosovo – Türkiyə 

22:45. Çexiya – Danimarka Dünya Çempionatı-2026 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
10
1
modern.az

2Источники