RU

Bursa Böyükşəhər Bələdiyyəsinin sədri saxlanıldı

Türkiyənin Bursa şəhərinin Cümhuriyyət Xalq Partiyasından (CHP) olan Böyükşəhər Bələdiyyəsinin sədri  Mustafa Bozbey saxlanılıb.

Heftelik.az-ın xəbərinə görə, Bursa Cumhuriyet Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində Mustafa Bozbey və daha 58 şübhəlinin saxlanılması barədə qərar verilib, onlardan 55-i saxlanılıb.

Haqlarında saxlanılma qərarı verilənlərdən 4 nəfər – iş adamları Abdulkadir Alkan, Naci Abay, Şevket Gündüz və Tuğrul Kutluay isə xaricdədir, onların barəsində axtarış elan olunub.

Məlumata əsasən, saxlanılanlar arasında Mustafa Bozbeyin həyat yoldaşı, qızı, qardaşları və bir sıra iş adamları da var. Bozbeyin evində və bələdiyyə binasında axtarış aparılır.

Prokurorluğun açıqlamasında şübhəlilərin “cinayət təşkilatı yaratma və bu təşkilata üzv olma”, həmçinin “cinayətdən əldə edilən vəsaitlərin leqallaşdırılması” maddələri üzrə istintaqa cəlb olunduğu bildirilib.

Əməliyyatlar Bursa mərkəz olmaqla İstanbul, Balıkesir və Diyarbakır şəhərlərində eyni vaxtda keçirilib.

 

Избранный
47
8
heftelik.az

9Источники