RU

ABŞ 7 ildən sonra Venesueladakı səfirliyini yenidən açıb

ABŞ-nin Venesuelanın Karakas şəhərindəki səfirliyi 7 illik fasilədən sonra fəaliyyətini bərpa edib.

Missiya.Az "Haberglobal"a istinadən xəbər verir ki, milli media bu barədə məlumat yayıb.

"Venesueladakı diplomatik mövcudluğumuzda yeni bir dövrün başlanğıcını qeyd edərək, Karakasdakı səfirliyimizin fəaliyyətini rəsmi olaraq bərpa etdik ",-ABŞ-nin Karakasdakı səfirliyinin mətbuat açıqlamasında deyilir.

Bəyanatda vurğulanır ki, bu addım Venesuelada müvəqqəti hökumət, vətəndaş cəmiyyəti və özəl sektorla birbaşa dialoq aparmaq potensialını gücləndirəcək.

Səfirliyin yenidən açılması ABŞ administrasiyasının Venesuelaya qarşı üç mərhələli planında mühüm bir mərhələ kimi qiymətləndirilir.

İlahə Qənbərli

Missiya.Az

Избранный
42
missiya.az

1Источники