Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin Genetika kafedrasının müəllimi Möhübbət Nəcəfli vəfat edib.
Bu barədə "Yeni Sabah"a ali məktəbdən məlumat verilib.
Qeyd edək ki, Möhübbət Nəcəfli 1962-ci ildə anadan olub. 1984-1989-cu illərdə BDU-nun Biologiya fakültəsində təhsil alıb. 2006-cı ildə namizədlik dissertasiyasını müdafiə edib, 2007-ci ildə biologiya elmləri namizədi elmi dərəcəsi alıb.
O, 1989-1993-cü illərdə AMEA-nın “Biotex” Elmi-Tədqiqat Birliyinin Molekulyar Biologiya və Biotexnologiya İnstitutunda kiçik elmi işçi, 1993-2016-cı illərdə Biologiya fakültəsinin Biotexnologiya elmi-tədqiqat laboratoriyasında elmi işci, 2007-ci ildən BDU-nun nəzdində “Gənc istedadlar” liseyində, 2016-2020-cı illərdə Bitki fiziologiyası kafedrasında müəllim işləyib. 2020-ci ildən isə BDU-nun Genetika kafedrasının müəllimi kimi fəaliyyət göstərib.
Möhübbət Nəcəflinin tədqiqat sahəsi biofizika, radiobiologiya olub.
O, 2019-cu ildə “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” yubiley medalı ilə, 2021-ci ildə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının “ATİAHİ 100 il” yubiley döş nişanı ilə təltif olunub.
Telegram kanalımız