Xırdalan-Novxanı yolunda yeni nəsil radar sistemləri quraşdırılıb.
KONKRET.az Milli.Az-a istinadla xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.
Bildirilib ki, artıq sürücülərin radara yaxınlaşarkən sürəti qısa müddətə azaltması inzibati cərimədən yayınmaq üçün kifayət etməyəcək.
Yeni qurğular yol boyunca sürət həddinin davamlı şəkildə izlənməsinə imkan verir.
Sözügedən radarların hələ ki, istifadəyə verilmədiyi qeyd olunub.
Sürücülərə tövsiyə olunur ki, yol hərəkəti qaydalarına əməl etsinlər, müəyyən edilmiş sürət həddini aşmasınlar və həm özlərinin, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etsinlər.