RU

Bu həftə Azərbaycan Mərkəzi Bankı növbəti faiz qərarını açıqlayacaq

ain.az, Marja.az portalına istinadən məlumat verir.

Azərbaycan Respublikası Mərkəzi Bankı, pul siyasəti qərarlarının (faiz qərarlarının) ictimaiyyətə açıqlanması qrafikinə əsasən, 2026-cı ildə faiz dəhlizinin parametrlərinə dair 2-ci qərarını 2 aprel 2026-cı il tarixində açıqlayacaq.

Marja.az xəbər verir ki, Mərkəzi Bank, illik inflyasiya 2026-cı ilin fevral ayında yanvar ayı ilə müqayisədə dəyişməyərək +5,7 faiz səviyyəsində qalmasına baxmayraq, geosiyasi gərginliklər, İran müharibəsi, yüksələn neft qiymətlərinin Dünyada inflysiya təzyiqlərini artırması və qida məhsulları daxil bir sıra məhsulların bahalaşması ilə əlaqədar olaraq gözləmə mövqeyində qalaraq faizlərini sabit saxlaya bilər. 

Xatırladaq ki, 4 Fevral 2026-cı il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə faiz dəhlizinin bütün parametrləri 0.25 faiz bəndi azaldılıb. Uçot dərəcəsi 6.5%, faiz dəhlizinin aşağı həddi 5.5%, faiz dəhlizinin yuxarı həddi isə 7.5% səviyyəsinə endirilib. Faiz dəhlizi ilə bağlı qərar qəbul edilərkən faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf intervalı (4±2%) ilə uyğunluğu, qlobal iqtisadi aktivlik və beynəlxalq maliyyə bazarlarındakı mövcud vəziyyət, daxili makroiqtisadi şəraitdə müşahidə olunan əsas meyillər, eləcə də pul siyasəti qərarlarının maliyyə bazarları və real sektora ötürücülüyü əsas götürülüb.

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 10 deakbr 2025-ci il tarixli qərarı ilə də faiz dəhlizinin bütün parametrləri 0.25 faiz bəndi azaldılmışdır. Uçot dərəcəsi 6.75%, faiz dəhlizinin aşağı həddi 5.75%, faiz dəhlizinin yuxarı həddi isə 7.75% səviyyəsinə endirilmişdi.

İş elanları AzVak.az-da

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
3
19
marja.az

10Источники