“Mənim sözlərimlə bağlı fikir bildirənlərin hamısı boş-boş danışır”.
KONKRET.az xəbər verir ki, bunu “Yeni Sabah”a açıqlamasında Milli Məclisin deputatı Səyyad Aran deyib.
300-500 manat maaş və insanların iş tapa bilməməsi ilə bağlı fikirlərinin tənqid olunmasına münasibət bildirən deputat qeyd edib ki, sosial şəbəkələrdə yazılanlar təxribatdır:
“Yazılanlara nə münasibət bildirmək olar? Həmin xəbərləri yazan səhifələr təxribatla məşğuldur. Bu qədər, vəssalam”.
Xatırladaq ki, S.Aran RTV-də yayımlanan “Qaranlıqda həqiqət” verilişində deyib: “Mən günahkaram ki, kimsə 300-500 manat maaş alır? İnsan zəhmət çəkib oxuyar, ali təhsil alar, işlədiyi yerdə fərqlənər, yeni ideyalarla çıxış edər. Cəmiyyətdə orta yaşayan da var, kasıb da var, bir az yaxşı yaşayan da var. Kimisi istedadı ilə irəli çıxır, mükafat alır. Hamı bunu edə bilmirsə, onda susub oturmalıdır”.
Deputatın bu fikirləri ciddi narazılıq doğurub.