RU

Hörmüz boğazı bağlı qalarsa: NƏ OLACAQ?

ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazı bağlı qalsa belə, İranı hədəf alan hücumları dayandırmağa hazır olduğu iddia edilib. 

"Cebheinfo.az" xəbər verir ki, “The Wall Street Journal” (WSJ) qəzetinin ABŞ rəsmilərinə istinadən verdiyi xəbərə görə, Tramp və komandası Hürmüz Boğazının dərhal yenidən açılması üçün hərbi əməliyyatın münaqişəni uzadacağı qənaətindədir. 

Bu səbəbdən, boğaz bağlı qaldığı halda belə, İrana qarşı hücumları dayandırmağa hazır olduqları bildirilir. Məlumatda qeyd olunur ki, ABŞ administrasiyası hərbi əməliyyat əvəzinə İranın dəniz və raket imkanlarını zəiflətməyi hədəfləyir, eyni zamanda isə Tehran rəhbərliyinə diplomatik təzyiq göstərməyi planlaşdırır. 

Diplomatiyanın uğursuz olacağı təqdirdə isə Vaşinqtonun Hörmüz boğazının yenidən açılması üçün Avropa və Körfəz müttəfiqlərinin öncülük etməsini gözlədiyi vurğulanır. 

Избранный
1
1
cebheinfo.az

2Источники