RU

Gürcüstan Rusiya neftindən imtina etdi

Gürcüstanın yeganə neft emalı zavodu Avropa ilə ticarət etmək üçün Rusiya neftindən imtina etmək qərarına gəlib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Black Sea Petroleum” şirkətinin baş direktoru David Potsxveriya məlumat verib.

Onun sözlərinə görə, şirkət Rusiya xam neftini tamamilə alternativ mənbələrlə əvəz etməyi planlaşdırır:

“Məqsədimiz mövcud Rusiya neftini tamamilə əvəz etməkdir. Biz əsasən Türkmənistan nefti ilə işləyirik və növbəti mərhələdə Qazaxıstan və digər alternativ mənbələrdən istifadə etməyi planlaşdırırıq.

Neftin şaxələndirilməsi çox vacibdir, çünki AB hazırda Rusiya xam neftindən istehsal olunan neft məhsullarının idxalını qadağan edir. Alternativ xammal ehtiyatlarına keçid bu ixrac məhdudiyyətlərini aradan qaldıracaq və şirkət üçün yeni bazarlar açacaq”.

Избранный
11
1
bakivaxti.az

2Источники