Qana Futbol Assosiasiyası milli komandanın baş məşqçi Otto Addo ilə yollarını ayırıb.
Publika.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat yayılıb.
Mütəxəssis 2024-cü ildən milli komandaya rəhbərlik edirdi və yığmanı 2026-cı il dünya çempionatına çıxarmağa nail olmuşdu.
Qeyd edək ki, mart ayında Qana millisi yoldaşlıq oyunlarında Almaniyaya 1:2, Avstriyaya isə 1:5 hesabı ilə məğlub olub.