RU

Əksər bölgələrdə yağıntılı hava şəraiti davam edir

Milli Hidrometeorologiya Xidməti martın 31-i saat 12:00-a olan faktiki hava haqqında məlumat yayıb.

Xidmətdən verilən məlumata görə, ölkə ərazisinin əksər bölgələrində yağıntılı hava şəraiti davam edir, bəzi dağlıq ərazilərə qar yağır. Qar örtüyünün hündürlüyü Şahdağda 49, Zaqatalada (Əlibəy) 11, Qaxda (Sarıbaş) 10 santimetrdir.

Düşən yağıntının miqdarı Qaxda (Sarıbaş) 33, Şəkidə (Kişçay) 32, Zaqatalada 23, Oğuzda 20, Balakən və Şahdağda 17, Xaçmazda 10, Qəbələdə 9, Naxçıvan və Şahbuzda 8, Şəmkirdə 7, Qusarda 6, Gəncədə 5, Culfa, Yevlax, Ordubad, Sədərək, Gədəbəy, Naftalan, Ceyrançöl, Tovuz, Mingəçevir, Göyçay, Ağdam, Daşkəsən, Göygöl, Goranboy, İsmayıllı, Quba, Tərtər, Kəlbəcər, Şuşa və Bərdədə 5 millimetrədək qeydə alınır.

Martın 30-da bəzi yerlərdə qərb küləyi əsib. Küləyin maksimal sürəti saniyədə Lerikdə 19, Yardımlıda 18, Zəngilanda 17, Astarada 16, Zaqatala və Oğuzda 15 metrədək güclənib.

Bakıda və Abşeron yarımadasında, Daşkəsən, Göygöl, Şəmkir, Balakən, Qax (Sarıbaş), Zaqatala, Şəki, Quba, Qusar, Tərtər, Zərdab, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndidə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Избранный
30
33
veteninfo.az

10Источники