RU

Yaz mövsümünün meyvə və tərəvəzləri ilə sağlam qidalanın

Mövsümün təzə məhsulları sağlam qidalanma üçün əvəzsiz rol oynayır. Vitamin və mineral baxımından zəngin olan meyvə və tərəvəzlər immunitet sistemini gücləndirir, enerji verir və bağırsaq sağlamlığını dəstəkləyir.

 

Pravda.az bildirir ki, məhsulları mövsümündə istehlak etmək, onların tərkibindəki vitamin və mineralların itkisini minimuma endirir və qidanın faydalılığını artırır.

 

Əsas məhsullar:

 

Meyvələr: çiyələk, yaşıl ərik, alça, ananas, avokado. Bu meyvələr təravətli və dadlı olmaqla yanaşı, orqanizmin antioksidant tələbatını da qarşılayır.

 

Tərəvəzlər: təzə soğan və sarımsaq, kələm, badımcan, xiyar, pomidor, lobya. Bu tərəvəzlər həzm sistemini dəstəkləyir, ürək və damar sağlamlığı üçün faydalıdır.

 

Bu məhsulları gündəlik menyuya əlavə etmək həm sağlam qidalanmanı təmin edir, həm də yeməklərə müxtəliflik və rəng qatır. Mart–may aylarında bazarda və marketlərdə satışa çıxan bu məhsullar təravətli, ləzzətli və qida dəyəri yüksəkdir.

 

Əminə Bayramova

Tarix: 31 Mart 2026, 12:33   
Избранный
34
pravda.az

1Источники