"Barselona" baş məşqçi Hans-Dieter Flikin müqaviləsini uzadıb.
QOL.az xəbər verir ki, bu barədə məlumatı insayder Nikolo Şkira yayıb.
Bildirilib ki, tərəflər artıq razılıq əldə ediblər. Almaniyalı mütəxəssislə yeni müqavilənin 2028-ci ilin yayına qədər olduğu qeyd edilib. Yaxında klubun bu haqda rəsmi açıqlama yayacağı gözlənilir.
Flikin son müqaviləsi gələn ilin iyun ayına qədər idi. O, 2024-cü ilin yayında Kataloniya klubuna rəhbərlik edir.
29 turdan sonra komanda İspaniya çempionatının turnir cədvəlinə 73 xalla liderlik edir.