RU

ŞOK HADİSƏ: 7 yaşlı qız anasının 88 min dollarını pəncərədən ATDI

Moskvada 7 yaşlı qız anasından qisas almaq üçün 88 min dolları pəncərədən atıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Moskvanın Meşanski rayonunda qeyri-adi və zərərlə nəticələnən hadisə baş verib. 2018-ci il təvəllüdlü 7 yaşlı qız anası ilə mübahisə etdikdən sonra ondan qisas almaq qərarına gəlib.

Qız anasının içində 88 min dollar (təxminən 149 600 manat) olan çantasını götürərək pəncərədən küçəyə atıb.

Küçədən keçən yeniyetmələr pulu aşkar edərək götürüblər. Onlar 83 min dolları (təxminən 141 100 manat) özlərinə götürüb, qalan hissəni isə yandırıblar.

Daha sonra yeniyetmələr baş verənləri valideynlərinə danışıblar. Valideynlər isə düzgün qərar verərək pulun sahibini tapıb və vəsaiti geri qaytarıblar.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
42
interpress.az

1Источники