RU

İsmayıllıda yol qəzasında iki nəfər ölüb, 3 nəfər xəsarət alıb - YENİLƏNİB - FOTO

Bu gün saat 05:30 radələrində İsmayıllı rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 3 nəfər (2 kişi, 1 qadın) İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə APA-nın sorğusuna cavab olaraq İsmayıllı Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Yaralılara bədənin müxtəlif nahiyələrinin müştərək travmaları diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıb.

Qeyd edilib ki, hadisə zamanı 2000-ci il və 2023-cü il (qadın) təvəllüdlü şəxslərin həkiməqədər ölüm faktı qeydə alınıb.

Gülcahan İmanqızı

***

10.07

İsmayıllıda ağır avtomobil qəzası baş verib.

APA-nın Şirvan bürosu xəbər verir ki, hadisə bu gün səhər saatlarında Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunda, İsmayıllının Topçu kəndi ərazisində qeydə alınıb. Nicat Əsgərovun idarə etdiyi “VAZ-2115” markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə nəqliyyat vasitəsində olan sərnişinlər - 19 yaşlı Lamiyə Qurbanova və 3 yaşlı uşaq ölüb.

Həmçinin avtomobildə olan 21 yaşlı Rahil Qurbanov, eləcə də 5 yaşlı qız və 7 yaşlı oğlan xəsarət alıb.

Qəzaya düşənlərin Qəbələnin Yenikənd kəndinin sakinləri, bir ailənin üzvləri olduğu bildirilir.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan APA-nin sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

İsmayıllıda
Избранный
15
2
apa.az

10Источники