RU

ABŞ Hörmüz boğazını beynəlxalq nəzarət altına almağı təklifETDİ

Tramp administrasiyası Hörmüz boğazının nəzarətini çoxmillətli konsorsiuma təhvil verməyi təklif edib.

Redaktor.az xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio təşəbbüsü G7 xarici işlər nazirlərinin görüşündə bildirib.

Onun sözlərinə görə, Hörmüz boğazında dövriyyə pulsuz və rüsumsuz həyata keçirilməlidir.

Qeyd edək ki, Pakistan, Misir, Türkiyə və Səudiyyə Ərəbistanını əhatə edən alternativ plan da müzakirə olunur və bu plan Süveyş kanalında tətbiq olunan tranzit rüsumlarına bənzər ödənişlərin tətbiqini nəzərdə tutur.

Aminə ŞAHSUVARQIZI

Избранный
60
redaktor.az

1Источники