Bakivaxti portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Bu ilin yanvar-fevral aylarında Azərbaycan və İran arasında ticarət dövriyyəsi 117 milyon 646 min ABŞ dolları təşkil edib.
Bakıvaxtı.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,7 % çoxdur.
Hesabat dövründə İranla ticarət ümumi dövriyyənin 1,8 %-i qədər olub.
İllik müqayisədə Azərbaycanın İrana ixracının dəyəri 2,1 % azalaraq 2 milyon 373 min ABŞ dolları, bu ölkədən idxalın dəyəri isə 13,1 % artaraq 115 milyon 272 min ABŞ dolları olub.
İki ayda İrana ixrac ümumi ixracın 0,06 %-ni, İrandan idxal isə ümumi idxalın 4,4 %-ni təşkil edib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.