RU

"Azərbaycan öz resursları ilə işləri aparır" - ŞƏRH

"Hələ torpaqlarımız işğal altında olarkən belə, cənab Prezidentin tapşırığı ilə Böyük Qayıdış Dövlət Proqramı hazırlanmışdı. Bu proqramda torpaqlar işğaldan azad edildikdən sonra mərhələ-mərhələ görüləcək işlər, eləcə də maliyyə mənbələrinin hansı istiqamətlərdən təmin olunacağı dəqiq şəkildə planlaşdırılmışdı".

Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsindən sonra məhz bu proqram əsasında genişmiqyaslı işlərin həyata keçirilməsinə başlanıldı: "İlk növbədə ərazilərin minalardan təmizlənməsi prosesi aparıldı və təhlükəsizlik təmin edildi.

Aparılan təhlillər göstərdi ki, işğal dövründə bütün kommunikasiya xətləri dağıdılmış, yaşayış evləri və sosial obyektlər tamamilə yararsız vəziyyətə salınmışdır. Bununla əlaqədar olaraq bərpa və yenidənqurma işlərinə start verildi.

Qərbin bəzi maliyyə dairələri müharibədən sonra Azərbaycana dəstək verəcəklərini bəyan etsələr də, təəssüf ki, bu vədlər reallaşmadı. Buna baxmayaraq, Azərbaycan bütün bu işləri öz daxili resursları hesabına həyata keçirməkdə davam edir.

Geri qayıdan keçmiş məcburi köçkünlər yalnız müasir və təmir olunmuş mənzillərlə təmin olunmur. Onlar üçün məktəblər, səhiyyə müəssisələri və kommunal xidmətlər sistemi qurulur. Eyni zamanda, onların sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları üçün şərait yaradılır, banklar tərəfindən güzəştli kreditlər təqdim edilir.

Bütün bunların nəticəsidir ki, qısa müddət ərzində artıq bir çox yaşayış məntəqələrinə qayıdış təmin olunub. Bu gün həmin ərazilərdə çalışanlarla birlikdə artıq 80 minə yaxın insan yaşayır və fəaliyyət göstərir".

Müəllif: Günel Fərzəliyeva
Избранный
10
1
sia.az

2Источники