RU

Azərbaycana 29 milyon manatlıq elektrobuslar GƏTİRİLDİ

Bu ilin yanvar ayında Çindən Azərbaycana 29,083 milyon ABŞ dolları dəyərində 105 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən avtobuslar idxal edilib.

KONKRET.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki,  bir avtobusun dəyəri təqribən 277 min manat təşkil edib.

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən isə, ümumilikdə, bu ilin yanvar ayında Azərbaycana 176,5 milyon ABŞ dolları dəyərində 7 591 ədəd avtomobil idxal edilib. Avtomobil idxalı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 72 ədəd və ya 0,9% azalıb, dəyər ifadəsi ilə 37,5 milyon ABŞ dolları, yaxud da 27% artıb.

Dövr ərzində ölkəyə 36,8 milyon ABŞ dolları dəyərində 189 ədəd sürücü daxil olmaqla, 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələri, 125,7 milyon ABŞ dolları dəyərində 6 774 ədəd əsasən adam daşımaq üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər mühərrikli nəqliyyat vasitələri idxal edilib.

Избранный
26
9
konkret.az

10Источники