RU

"Instagram"da ödənişli abunəlik - Hər kəsin gözlədiyi yeniliklər GƏLİR

Populyar sosial şəbəkələrindən biri olan "Instagram" yeni ödənişli abunə modelini test etməyə başlayıb.

Milli.Az xəbər verir ki, platformada bir sıra yeniliklər olunacaq.

Test mərhələsində olan yeniliklərə əsasən, istifadəçilər artıq digər şəxslərin "story"lərini gizli şəkildə izləyə biləcəklər. Bununla yanaşı, paylaşılan hekayələrə bir neçə dəfə baxan istifadəçilərin də görüntülənməsi mümkün olacaq.

Digər diqqətçəkən dəyişiklik isə hekayələrin müddəti ilə bağlıdır. Yeni sistemdə istifadəçilər "story"lərin aktiv qalma müddətini 48 saata qədər uzada biləcəklər. Əvvəl bu müddət 24 saat idi.

Mina Mikayılova
Milli.Az

Избранный
19
2
milli.az

3Источники