RU

Qadınlara məcburi hərbi xidmət: Şahzadə də əsgər gedir

Danimarka şahzadəsi İzabella ölkədə qadınlar üçün tətbiq edilən məcburi sistem çərçivəsində 11 ay hərbi təlim keçəcək.

"Cebheinfo.az" xəbər verir ki, Danimarka Krallığının rəsmi internet səhifəsində mövzu ilə bağlı yazılı açıqlama yayımlanıb. Açıqlamada bildirilir ki, bu yay orta məktəbi bitirməyə hazırlaşan 18 yaşlı şahzadə qadınlar üçün tətbiq edilən məcburi hərbi xidmət çərçivəsində Mühafizəçi Süvari Alayında 11 ay təlim alacaq.

Danimarka Kralı Frederik və kraliça Marinin qızı olan şahzadənin avqust ayında hərbi xidmətə başlayacağı qeyd olunub. Krallıq həmçinin vurğulayıb ki, şahzadə ölkədə hərbi xidmət keçən ilk qadınlar arasında olacaq.

Milli mətbuatın məlumatına görə, şahzadə İzabella 5 ay əsas, 6 ay isə əməliyyat hazırlığı üzrə təlim keçəcək.

Qeyd edək ki, Danimarkada 2025-ci ilin iyul ayından etibarən qadınlar üçün məcburi hərbi xidmət tətbiq olunur və xidmət müddəti 11 aydır.

Избранный
27
cebheinfo.az

1Источники