RU

Erməni faşizminin ifşası və milli yaddaşın qorunması- ÖZƏL

"31 Mart - Azərbaycanlıların Soyqırımı Günü, xalqımızın üzləşdiyi etnik təmizləmə siyasətinin ən qanlı səhifələrindən biri kimi dövlət səviyyəsində anılır. Prezident İlham Əliyev bu faciənin miqyasını və mahiyyətini xüsusi vurğulayaraq qeyd etmişdir: "1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törətmişlər. Beş ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olmuşdur". Dövlət başçısının bu qətiyyətli mövqeyi, Azərbaycanın bütün bölgələrində, Bakıdan Zəngəzura, Şamaxıdan Qarabağa qədər törədilən cinayətlərin dünya ictimaiyyətinə çatdırılması üçün əsas strateji xəttdir". "Olaylar" xəbər veirir ki, bunu Milli Məclisin deputatı Kamal Cəfərov deyib: "Bu gün həyata keçirilən sistemli dövlət siyasəti erməni millətçilərinin "Böyük Ermənistan" mifi naminə həyata keçirdikləri cinayətlərin hüquqi-siyasi müstəvidə ifşasını təmin edir. Xüsusilə Quba soyqırımı memorial kompleksinin yaradılması və kütləvi məzarlıqların aşkar edilməsi, erməni vəhşiliyinin sərhəd tanımadığını sübut edən təkzibolunmaz maddi dəlillərdir. Bu faktların beynəlxalq platformalarda səsləndirilməsi, saxta erməni təbliğatının qarşısında ən güclü səddir.

Bu kontekstdə müasir Azərbaycanın nümayiş etdirdiyi prinsipial mövqe, AXC-Müsavat hakimiyyəti illərindəki idarəetmə boşluqlarından və strateji baxışın olmamasından köklü şəkildə fərqlənir. O dövrün siyasi qeyri-sabitliyi və dağınıq fəaliyyəti xalqımızın başına gətirilən faciələrə beynəlxalq səviyyədə lazımi hüquqi-siyasi qiymətin verilməsi imkanlarını itirmiş, tarixi faktların üzərinə işıq salmaqda aciz qalmışdı. Bu gün isə Azərbaycan öz tarixini elmi əsaslarla və sənədlərlə müdafiə edən güclü bir subyektə çevrilib. 1918-ci il hadisələrinin 100 illik yubileyi ilə bağlı imzalanmış Sərəncam və görülən işlər xalqımızın milli yaddaşının qorunması baxımından müqəddəs bir borcdur. Bu ardıcıl fəaliyyət gələcək nəsillərin öz tarixinə sahib çıxması üçün ən möhkəm zəmini formalaşdırır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
14
olaylar.az

1Источники