ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.
Bir çox uşaqlar ev tapşırıqlarını təkbaşına etmək istəmir. Daim kömək istəyir. Belə məqamda düşünürsən ki, şagird dərsi yaxşı qavramayıb. Yaxud səhv etməkdən qorxur və ya özünə güvəni azdır. Valideynlərin də çoxusu bu məqamda övladlarına istədikləri kimi kömək edə bilmirlər-ya işlə əlaqədar evdə az olurlar, ya da ümumiyyətlə dərslər çətin olduğu üçün övladlarının ev tapşırıqlarına kömək edə bilmirlər. Bu zaman məcbur qalıb repetitor yanına hazırlığa qoyurlar.
Təhsil eksperti Elçin Əfəndi Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, uşaqların erkən yaşdan hazırlığa getməsi bəhs prinsipinə çevrilib: “Evə verilən tapşırıqların icrası zamanı bəzi valideynlər onlarla məşğul olmağa maraq göstərmirlər. Nəticə etibarı ilə əlavə müəllim tutmaq ehtiyacı yaranır. Uşaqlar erkən yaşdan hazırlığa gedir. Bir növ bunu bəhs prinsipinə çeviriblər və belə bir xoşagəlməz vəziyyət formalaşıb. Birinci növbədə biz ümumiyyətlə təklif və tələb edirik ki, ev tapşırıqları minimallaşdırılmalıdır. Evə çox tapşırıq veriməməliddir. Evə daha çox verilən tapşırıq erkən yaşda repetitor fəaliyyətinin daha da artımına gətirib çıxarır. İbtidai təhsil pilləsində oxuyan uşaqlar repititor yanında ev tapşırıqlarını icra edirlər. Hətta bəzi təşkilatlar var ki, ev tapşırıqlarının hazırlanması üzrə hazırlıq deyə bir xidmət də göstərir. Bu nə dərəcədə doğrudur? Əlbəttə ki, valideynlər də övladlarına kömək edə bilmirlər. Çünki bəzilərinin təhsil aldığı proqramla indiki proqram üst-üstə düşmür. Bilsə də valideynin başı işlərinə qarışır, o səbəbdən müəyyən bir ödəniş edib bu istiqamətdə xidmət göstərən şəxsin xidmətindən yararlanmağı daha çox üstünlük verir. Bütün bunlar doğru deyil. Uşaq özü dərsin gedişatında əgər mövzunu mənimsəyə bilirsə, özü verilən tapşırıqları həll edə bilir. Uzağı 1 ya 2 tapşırıqda valideynindən kömək ala bilər. Amma uşaq bütün tapşırırqların həllində köməyə ehtiyac duyursa, bu artıq tənbəllik və dərsə biganəlikdir”.
Təbii ki, bu kimi məsələlərin qarşısını almaq üçün ümumiyyətlə düşünürük ki, ümumi tədris prosesində auditoriyada şagird sayı çoxluq təşkil edilirsə ciddi problem yaradır. İkinci bir tərəfdən uşaqların bəzilərində mənimsəməsi, qavraması ilə bağlı problem var-onlar da bunu ümumi ev tapşırıqlarının həlli zamanı əks etdirirlər. Üçüncü bir tərəfdən isə müvafiq olaraq ev tapşırıqlarının çoxluğu da müəyyən qədər problem yaradır. Ev tapşırıqlarını minimallaşdırsalar ən azı bu istiqamətdə əlavə müəllim hazırlığı ehtiyacını aradan qaldırmaq olar” .
Günel Həsənova, Bizimyol.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.