RU

Tərtərdə 31 mart- Azərbaycanlıların Soyqrımı Günü qeyd edilib - Fotolar 

Tərtər Rayon İcra Hakimiyyəti və YAP rayon təşkilatının təşkilatçılığı ilə 31 mart - Azərbaycanlıların Soyqırımına həsr edilmiş tədbir keçirilib...

Tədbirdə rayon İcra Hakimiyyətinin əməkdaşları, YAP rayon təşkilatının ərazi partiya təşkilat sədrləri, idarə, müəssisə, təşkilat üzvləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ümummilli Liderin və 31 mart–soyqrım qurbanlarının, torpaqlarımızın suverenliyi uğrunda canlarından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Sonra rayon icra hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Zabil Paşayev xalqımızın ermənilər tərəfindən təkcə ötən əsrdə 4 dəfə soyqırıma və deportasiyaya məruz qaldığını xatırladıb. Minlərlə azərbaycanlının xüsusi amansızlıqla, o dövrə qədər görünməyən işgəncələrlə qətlə yetirildiyini, on minlərlə insanın yurd-yuvasından didərgin salındığnı, yüzlərlə kəndlərimizin yandırılaraq xarabalığa çevrildiyini, memarlıq incilərinin, məktəblərin, xəstəxanaların, məscid və digər abidələrin dağıdıldığını söyləyib. Ermənilərin 1988-ci ildə daha böyük iddia ilə azərbaycanlılara qarşı təcavüzə başlamasından, Sumqayıt hadisələrindən, 20 Yanvar, Xocalı faciələrindən bəhs edib. Birinci Qarabağ müharibəsində bir milyondan artıq azərbaycanlının öz tarixi torpaqlarından qovularaq məcburi köçkün və qaçqın həyatı yaşamağa məhkum olduğunu bildirib. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışından sonra 1918-ci ilin mart qırğınlarına dövlət səviyyəsində siyasi qiymət verildiyini, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ermənilərin ərazi iddialarının, azərbaycanlılara qarşı törətdikləri soyqırımların miqyasının dünya ictimaiyyətinə çatdırılması üçün ötən illər ərzində geniş tədbirlər həyata keçirildiyini vurğulayıb. Aparılan düzgün dövlət siyasətinin nəticəsində, iqtisadiyyatımızın və ordumuzun müdafiə qüdrətinin güclənməsi sayəsində 2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun başladığı 44 günlük Vətən müharibəsi və antiteror əməliyyatları ilə 30 ilə yaxın davam edən erməni işğalına son qoyulduğunu və ölkəmizin ərazi bütövlüyünün tam bərpa edildiyini diqqətə çatdırıb. Soyqırım qurbanlarına və bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyib.

Sonra YAP rayon təşkilatının sədr müavini Azər Ağayev, şəhər 1 nömrəli tam orta məktəbin direktoru Amil Hüseynov, Qamqınların və Məcburu Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rayon bölməsinin baş məsləhətçisi Elmir Xəlilov ,Hüsənli kənd İƏD-i üzrə nümayəndəsi Gülüstan Əhmədova çıxış edərək, 31 Mart Soyqrımının xalqımızın qan yaddaşına əbədi həkk olunduğunu, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında bu faciələrin anılmasının mühüm əhəmiyyətinin vacibliyini vurğulayıblar. 44 günlük Vətən müharibəsində qazanılan Şanlı Zəfərdən, ölkəmizin hərbi, iqtisadi sahədə qüdrətlənməsindən, beynəlxalq münasibətlərdə və diplomatik görüşlərdə nüfuzlu mövqeyindən bəhs ediblər.

Poliqon.info

Избранный
35
poliqon.info

1Источники