RU

Ömər Bolat: Səudiyyə Ərəbistanı ilə razılıq əldə olundu – tranzit vizalar təmin edildi

BAKI,TurkicWorld

Türkiyə və Səudiyyə Ərəbistanı arasında tranzit ticarətlə bağlı yeni razılaşma əldə olunub.

TurkicWorld xəbər verir ki, Türkiyənin ticarət naziri Ömər Bolat İstanbulda keçirilən tədbirdə çıxışı zamanı bildirib ki, Hörmüz boğazının bağlanması fonunda alternativ logistika marşrutları üzrə mühüm addım atılıb.

Nazir qeyd edib ki, Səudiyyə Ərəbistanı hökuməti ilə aparılan intensiv danışıqlar nəticəsində türk yük maşını sürücüləri üçün tranzit keçid vizaları təmin edilib.

Onun sözlərinə görə, bu vizalar 15 günlük müddəti əhatə edir və nəticədə Körfəz ölkələrinə quru yolu ilə çatdırılma müddəti 3–4 günə qədər azaldılacaq.

Bolat vurğulayıb ki, yeni mexanizm regional ticarətin davamlılığını təmin etməklə yanaşı, logistika xərclərinin optimallaşdırılmasına da töhfə verəcək.

Ekspertlər hesab edir ki, bu razılaşma Hörmüz boğazında yaranmış vəziyyət fonunda Türkiyənin alternativ ticarət marşrutlarını gücləndirmək strategiyasının mühüm hissəsidir.

Избранный
25
turkic.world

1Источники