RU

“Qarabağ”da transfer problemi: RAZILIĞA GƏLMƏK OLMUR

Yayda bir neçə futbolçusu ilə yollarını ayırması gözlənən "Qarabağ" heyətini gücləndirmək niyyətindədir.

Apasport.az saytının əldə etdiyi məlumata görə, klub transfer işlərində ciddi çətinliklər yaşayır.

Belə ki, Ağdam təmsilçisi istədiyi futbolçularla əlaqə qursa da, müsbət cavab ala bilmir.

Buna səbəb komandanın növbəti mövsümdə Çempionlar Liqasında iştirak etmək ehtimalının az olmasıdır. Həm də klub futbolçuların maliyyə tələblərini qarşılaya bilmir.

Son Azərbaycan çempionunun transfer etmək istədiyi futbolçular yüksək məbləğ tələb edirlər. "Qarabağ" isə qiymət barəsində razılığa gəlmək üçün danışıqları davam etdirir.

Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev, Bədavi Hüseynov, Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Marko Yankoviç və Pedro Bikalyonun yayda komandanı tərk etməsi gözlənilir.

“Qarabağ”ın ulduzu Avropa yolunda: FRANSA ÇEMPİONU

II Liqa: Liderdən darmadağın - 14:0

Millimiz Malta ilə bacarmadı

“Qarabağ”dan azarkeşlərə xüsusi güzəştlər tətbiq olunacaq

“Qarabağ” - “Sabah” matçının biletləri satışa çıxarılır

Избранный
7
1
apasport.az

2Источники